Hərbi çağırışdan boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Hərbi Prokurorluqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
"Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək",- deyə məlumatda qeyd olunub.


Şərhlər