Menu

Ceyhun Bayramovun Hakan Fidanla təkbətək görüşü olub - FOTO

15.09.2026, 12:54
Ceyhun Bayramovun Hakan Fidanla təkbətək görüşü olub - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat paylaşılıb.

"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", - paylaşımda qeyd olunub.

Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol