Menu

"Biz onu ancaq röyalarımızda görürdük" - Allahşükür Paşazadə

15.09.2026, 17:35
"Biz onu ancaq röyalarımızda görürdük" - Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib.

"AzPolitika"nın məlumatına görə, o, bu barədə sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən danışıb.

Allahşükür Paşazadə deyib ki, Azərbaycan çiçəklənir, İlham Əliyevin rəhbərliyi ilə dünyada zirvələri fəth edir:

"Sizin rəhbərliyinizlə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük, fikirləşirdik. Amma həyatda Allah-taala mənə nəsib etdi. Çünki bəzi adamlar var idi, deyirdilər ki, bu, ola bilməz, biz buna inanmırıq. Amma əlhəmdülillah, sizin rəhbərliyinizlə, siyasətinizlə, apardığınız həm daxili, həm xarici siyasət, həm xalqın birliyi ilə qələbə qazandıq, zəfər qazandıq".

Şeyxülislam dövlət başçısının onun qarşısında daha böyük vəzifələr qoyduğunu da bildirib:

"Verdiyiniz bu qiymətə görə mən imkan daxilində həyatımda əlimdən gələni edəcəyəm ki, gələcəkdə də İslam dünyasında, dinlər arasında münasibətləri, qardaşlıq münasibətlərini, bir də ki, Azərbaycanın İslam həmrəyliyini, tolerantlığını bütün dünyada yaya bilim və çatdıra bilim".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol