Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.
"AzPolitika" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, sentyabrın 15-də Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb.
Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 300 000 sərnişin (+18%) artım deməkdir.


Şərhlər