Menu

Azərbaycan və Keniya arasında əməkdaşlıq müzakirə edilib

16.09.2026, 18:52
Azərbaycan və Keniya arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev ilə Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında keçirilmiş görüşə dair məlumatda qeyd edilib.

Bildirilib ki, sentyabrın 16-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında görüş keçirilib.

Səfirlikdən qeyd edilib ki, Sultan Hacıyev ötən dövr ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb. Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində əlaqələr üzrə işçi qrupunun təsis olunmasını iki ölkə arasında münasibətlərində mühüm mərhələ olduğunu vurğulayıb.

Senatın sədri A. J. Kingi qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf tempindən razılıq ifadə edib. Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfərinin bu kontekstdə əhəmiyyətini qeyd edib. Əlavə edib ki, ikitərəfli iş birliyi ilə bərabər parlamentlərin beynəlxalq arenada, o cümlədən Qoşulmama Hərəkatı və Parlamentlərarası İttifaq çərçivəsində səmərəli əməkdaşlığının inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol