Menu

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

16.09.2026, 19:03
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli, 71 nömrəli Sərəncamına uyğun olaraq 2027-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanıb.

Qanunvericiliklə müəyyən edilmiş büdcə prosesinin növbəti mərhələsinə uyğun olaraq hazırlanmış layihələr, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə daxil olan digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol