Menu

"Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var" - ÜST

16.09.2026, 20:28
"Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var" - ÜST

Konqo Demokratik Respublikasının İturi əyalətinin ən çox zərər çəkmiş rayonlarında Ebola virusunun yayılması yavaşlasa da, epidemiyanın başa çatmasına hələ çox var.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz irəliləyişin ümidverici əlamətlərini görməyə başlayırıq", - o deyib və regionda əhalinin yüksək mobilliyi nəzərə alınmaqla epidemiyanın hələ də yayıla biləcəyi barədə xəbərdarlıq edib.

ÜST-nin məlumatına görə, sentyabrın 11-nə olan vəziyyətə əsasən, Konqoda 7 mindən çox təsdiqlənmiş Ebolaya yoluxma halı qeydə alınıb, virusdan 3,5 mindən çox insan ölüb. Epidemiya artıq ölkənin yeddinci əyalətinə yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol