Menu

ABŞ FAT üzvlərinə qarşı sanksiyaları genişləndirib

17.09.2026, 09:08
ABŞ FAT üzvlərinə qarşı sanksiyaları genişləndirib

ABŞ Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə və Fələstin Milli Administrasiyasının (FMA) rəsmilərinə qarşı sanksiyaları genişləndirib.

 Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilib.

“ABŞ Yaxın Şərqdə Sülh Öhdəlikləri haqqında qanunun 604(a)(1) bölməsinə uyğun olaraq, Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə və Fələstin Milli Administrasiyasının (FMA) rəsmilərinə viza verilməməsini nəzərdə tutan sanksiyaları uzadacaq”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Fələstin BMT-nin 148 üzv dövləti tərəfindən tanınır. Fələstin səfirlikləri və daimi nümayəndəlikləri 95 ölkədə fəaliyyət göstərir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol