Menu

"İranın şərtləri yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq" - Qalibaf

20.09.2026, 10:47
"İranın şərtləri yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq" - Qalibaf

İranın şərtləri yerinə yetirilməyənə qədər, Hörmüz boğazının blokadası davam edəcək.

Report "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

"Biz inanırıq ki, həm döyüşmək, həm də danışıqlar aparmaq lazımdır. Yəni lazım olan anda sahib olduğumuz bütün hərbi güclə, düşməni geri çəkib ona zərbələr endirməliyik. Lakin meydanda əhəmiyyətli bir qələbə əldə etdiyimiz və düşmənin zəif olduğu bir vaxtda, diplomatiya aləti ilə bu üstünlükləri möhkəmləndirməliyik", - o bildirib.

İran parlamenti sədrinin sözlərinə görə, bu gün diplomatiya səhnəsində Tehranın mövqeyi tamamilə aydındır: "Mesajların ötürülməsi və şərtlərimizin izahı vasitəçilər vasitəsilə açıq şəkildə qarşı tərəfə çatdırılıb. Düşmən yaxşı bilir ki, şərtlər yerinə yetirilməyənə, İran xalqının haqlı hüquqları tanınmayana və amerikalıların öhdəlikləri icra olunmayana qədər, əvvəlki danışıqlar şərtlərinə qayıtmaq və Hörmüz boğazının açılması üçün heç bir pəncərə olmayacaq".

Xatırladaq ki, İranın hər hansı müzakirənin başlaması üçün yeddi şərti ABŞ hökumətinə elan edilib. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X" sosial şəbəkə hesabında yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol