Menu

"SƏNİN HÜNƏRİN ÇATIR, AY NAZİR..." - Deputatdan kəskin sözlər

21.09.2026, 20:50
"SƏNİN HÜNƏRİN ÇATIR, AY NAZİR..." - Deputatdan kəskin sözlər

"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır".

"AzPolitika" xəbər verir ki, bu fikirləri deputat Səyyad Aran parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclası zamanı çıxışında deyib.

O bildirib ki, səlahiyyətləri çox azdır:

"Mənim səlahiyyətim olsaydı, İmişli Su və Melorasiya İdarəsinin müdiri Samir Məmmədova deyəndə ki, vətəndaşın üç oğlundan birinə iş ver, verərdi. Bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yolçəkən deyilsiniz, siz xəstəxana tikdirən deyilsiniz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Sənin hünərin çatır, ay nazir, nazirlər, gedin özünüz o camaatın qarşısına çıxın. Səni orda sözlə elə günə qoyacaqlar ki, adın yadından çıxacaq. O sözləri xalq bizə deyir. Çünki əlçatan bizik. Ayda iki dəfə xalqın içindəyik. Və orada da nə lazımdırsa, sözlərini deyirlər. Orada biz canımızı qoyub gəlirik. Çünki problemlərini həll eləyə bilmirik. Deyirəm ki, iki ildir sənə söz söyləmişəm, bunun uşağından birini işə götür. Yaxud da o biri su idarəsinin müdirinə söz deyirik, eşitmir. Niyə camaatın içinə göndərirsiniz ki, gedin onları dinləyin? Dinləyək, bizə deyirlər ki, iş ver. Yaxud da elə məsələlər qaldırırlar ki, baxıb görürsən ki, bu, tamamilə haqlı olan məsələdir və insan o söylədiyi problemin çıxılmazlığının içində boğulur".


Şərhlər

Eli 2026-09-21 18:18:31

Ay hörmetli deputat əger Siz ancaq qanunvericiliklə məşğul olacaqsınlzsa niye Sizə Millətin vəkili deyurıər?İzah edrə bilərsinizmi?Sizin sorğunuza betün nazirlər müəyyən olunmuş müddetdə cavab vermelidirlər.İndi Siz səlahiyyətlərinizi bolmirsiniz bunz bu bədbəxt millət neylesin.Çünki Sizlər şexsi məsələlərinizi hell edənfən sonra millət yada düşür onda da Siz "Limitinizi" qurtarmış olursunuz.Bu səbəbdən heç kim Sizi eşitmək istəmir.Əgər su idarəsinin rəisi Sizi eşitmirsə ya o işdən azad olunmalı ,ya Siz istefa verməlisiniz.

qiyas 2026-09-21 12:40:55

Gor ki Vetendasi ne gundedir sizi deputat kimi saymillarsa Hormetli Seyyad m siravi vetendasi adam yerinne qoymullar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol