Menu

Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya

22.09.2026, 12:18
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi ikinci dəfə təxirə salınıb.

"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilməli idi.

Lakin külli miqdarda dələduzluqda ittiham olunan Sultan Qasımovun vəkili prosesə gəlməyib. O, müdafiəçisinin Gəncə və Şamaxıda başqa işləri olduğu üçün ora getdiyini deyib.

Hakim Firdovsi Əliyev və prokuror Rauf Malışov buna sərt reaksiya verib, işi süni uzatmaq adlandırıblar.

Bundan əvvəlki proses də elə təqsirləndirilən şəxsin ittiham aktını almamasına görə keçirilməmişdi.

Vəkilin iştirakı olmadığı üçün proses 30 sentyabra kimi təxirə salınıb.

Qeyd edək ki, polkovnik rütbəli S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərində Baş konsulu işləyib. O, iki nəfərə dələduzluq yolu ilə 200 min manat ziyan vurmaqda təqsirləndirilir. Hazırda həbsdə deyil, barəsində alternativ qətimkan tədbiri seçilib.

S.Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol