Menu

Yaxın Şərqdə Ağ Evin “təhlükəsizlik çətiri” dağılır: ABŞ Körfəz ölkələri üçün real hərbi təhlükəyə çevrilir

22.09.2026, 11:56
Yaxın Şərqdə Ağ Evin “təhlükəsizlik çətiri” dağılır: ABŞ Körfəz ölkələri üçün real hərbi təhlükəyə çevrilir

Yaxın Şərq savaşının əsas nəticələrindən biri də məhz regionun təhlükəsizlik arxitekturasında baş verməkdə olan ciddi dəyişikliklərdir, çünki ABŞ-nin regional “təhlükəsizlik çətiri” artıq əvvəlki kimi, toxunulmaz deyil...

Yaxın Şərq savaşının nəticələri regionda mövcud olan təhlükəsizlik arxitekturasının əhəmiyyətini itirməsinə səbəb olmağa başlayıb. Ona görə də, bu regiona aid olan əksər ölkələr uzun illərdir ki, güvəndikləri təhlükəsizlik modelini artıq yenidən nəzərdən keçirmək məcburiyyətində qalmış kimi görünürlər. Belə ki, ABŞ ilə hərbi müttəfiqlik Körfəz monarxiyalarını kifayət qədər effektiv təhlükəsizlik sistemi ilə təmin edirdi. Ancaq Yaxın Şərqdə savaşın başlanmasından sonra bu müttəfiqlik tədricən onları İranla qarşıdurmanın potensial hədəfinə çevrilmək təhlükəsinə tuş gətirib.

İran Yaxın Şərq ölkələrinə xəbərdarlıq etdi

Onu da qeyd etmək lazımdır ki, Qərb mətbuatında yayılan iddialara görə, Yaxın Şərqdəki müharibə bu region üçün əsas iki önəmli reallığı üzə çıxartdı. Birincisi, İranın hərbi imkanlarının Körfəz ölkələrinin ehtiyat etdiyindən qat-qat daha təhlükəli olduğu aydınlaşdı. Digər tərəfdən isə ABŞ məhz İsrailtərəfindən savaşa qoşuldu. Ancaq Ağ Ev sonrakı mərhələdə hərbi-siyasi prosesləri idarə etməkdə kifayət qədər ciddi çətinliklərlə üzləşdi. Və nəticədə ABŞ-nin verdiyi təhlükəsizlik zəmanətlərinin effektivliyi əksər ərəb dövlətlərində müəyyən şübhələr yaratmağa başladı.

CROSSMEDIA - Yaxın Şərq "od içində":İran üçün ciddi təhdid var

Məsələ ondadır ki, uzun illər ərzində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və Küveyt kimi ölkələr üçün ABŞ-nin hərbi mövcudluğu İran təhlükəsinə qarşı əsas "müdafiə çətiri" hesab olunurdu. Ancaq Yaxın Şərq savaşı həmin təhlükəsizlik modelinin paradoksal xüsusiyyətlərini də üzə çıxartdı. Yəni, ABŞ-nin regiondakı hərbi infrastrukturu müttəfiqlər üçün "müdafiə çətiri" olmaqla yanaşı, həmin ölkələri həm də İranın potensial cavab zərbələrinin birbaşa hədəfinə də çevirdi.

Maraqlıdır ki, Yaxın Şərq ölkələri üçün bu təhlükəsizlik riski artıq Ağ Evin regiondakı ABŞ vətəndaşlarına son xəbərdarlıqlarında da öz əksini tapır. Belə ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına səfər etmək istəyənlərə yönəlik xəbərdarlığı daha da sərtləşdirib. İranın raket və PUA-larla ABŞ maraqlarına, enerji obyektlərinə və digər infrastrukturlara zərbə endirə biləcəyi barədə məlumat yayıb. Bu baxımdan, BƏƏ və Qətərlə bağlı təhlükəsizlik xəbərdarlığında da İranla hərbi qarşıdurmanın yaratdığı raket və PUA-larla zərbə riskləri xüsusi olaraq, vurğulanır.

Digər tərəfdən, İranın bu məsələ ilə bağlı sərt ritorikası mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Yəni, rəsmi Tehran açıq şəkildə bildirir ki, ABŞ-ın yeni hücumları baş verəcəyi təqdirdə, cavab reaksiyasında Ağ Evin regiondakı strateji tərəfdaşlarının mövqeyi də mütləq nəzərə alınacaq. Beləliklə, Körfəz dövlətləri faktiki olaraq, ikitərəfli təzyiq arasında qalmış kimi görünürlər. Yəni, bir tərəfdən, Ağ Ev ilə təhlükəsizlik üzrə əməkdaşlığı davam etdirməyə çalışırlar. Digər tərəfdən isə ABŞ ilə yaxın münasibətlər ucbatından İranla birbaşa hərbi qarşıdurmanın hədəfinə çevrilməməyə cəhd göstərirlər.

Fars: İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına cavab hücumuna başlayıb

Təbii ki, bu önəmli dilemma Körfəz monarxiyalarının son illərdə İranla siyasi-diplomatik təmas kanallarını qorumağa çalışmasının əhəmiyyətini də ciddi şəkildə artırır. Yəni, burada əsas sadəcə, ABŞ-dən üz döndərməklə bağlı deyil. Çünki ABŞ-nin müttəfiqi olan Körfəz ölkələri artıq anlayırlar ki, təhlükəsizliyi yalnız bir xarici gücün hərbi potensialına bağlamaq cəhdi olduqca riskli seçimdir.

Yaxın Şərqdə Ağ Evin “təhlükəsizlik çətiri” dağılır: ABŞ Körfəz ölkələri üçün real hərbi təhlükəyə çevrilirOna görə də, hazırda Körfəz dövlətləri üçün Yaxın Şərqdə hərbi-siyasi böhranın Yaxın Şərqdə Ağ Evin “təhlükəsizlik çətiri” dağılır: ABŞ Körfəz ölkələri üçün real hərbi təhlükəyə çevrilirartıq yalnız siyasi-diplomatik maraqların hədəfi olmaqdan çıxıb. Yəni, region ölkələri bu məsələyə artıq milli təhlükəsizlik və iqtisadi sabitlik problemi kimi yanaşırlar. Və bütün bunların nəticəsində isə Körfəz monarxiyaları Ağ Ev ilə əlaqələri tamamilə qoparmaq imkanında olmasalar da, hər halda, ABŞ ilə münasibətləri yeni şərtlər çərçivəsində dəyişməyə məcbur qalmış kimi görünürlər.

Ərəb ölkələri ABŞ-a məktubla fələstinlilərin Qəzzadan çıxarılmasına  qarşıdırlar » Reportyor.az

Ancaq istənilən halda, bütün bunlar ABŞ-nin Körfəz ittifaqının dağılması anlamına da gəlmir. Çünki ABŞ bu regionda hələ də böyük hərbi, siyasi və iqtisadi təsir potensialına malikdir. Körfəz ölkələrinin ABŞ ilə müdafiə əməkdaşlığını tamamilə qoparmaqdan hələlik ehtiyat etmələri də bunu təsdiqləyir. Halbuki, indiyə qədər mövcud olan münasibətlər sisteminin tədricən dəyişməyə məhkum olduğu da inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, indi Körfəz ölkələrinin paytaxtlarında əsasən artıq yalnız “ABŞ bizi qoruya biləcəkmi” sualına cavabların axtarılması daha aktualdır. Eyni zamanda, ABŞ-nin regional müharibə qərarlarının təhlükəsizlik və iqtisadi itkilərinin necə kompensasiya olunacağı da olduqca müəmmalı xarakter daşıyır. Üstəlik, əgər, İranla hərbi qarşıdurma yenidən genişlənərsə, bu problemlərın daha da kəskinləşə biləcəyi qətiyyən şübhə doğurmur.

İrandan ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq

Göründüyü kimi, Yaxın Şərq savaşının əsas nəticələrindən biri də məhz regionun təhlükəsizlik arxitekturasında baş verməkdə olan ciddi dəyişikliklərdir. Düzdür, ABŞ-nin regional “təhlükəsizlik çətiri” hələ tamamilə dağılmayıb. Ancaq onun artıq əvvəlki kimi, toxunulmaz olmadığı da açıq-aşkar nəzərə çarpır. Və növbəti hərbi eskalasiya baş verəcəyi təqdirdə, ABŞ-nin Körfəz ölkələrini İranın zərbələrindən qoruya bilib-bilməyəcəyi indi əsas cavabsız sualların sırasına daxildir.

Elçin XALİDBƏYLİ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol