Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşündə qələbə qazanıb.
8-ci km qəsəbə stadionunda keçirilən görüş Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Yoxlama oyunu
23 sentyabr
Azərbaycan – Tacikistan 1:0
Qol: Toral Bayramov, 58.
Azərbaycan: 1 Emil Balayev, 2 Rəhman Daşdəmirov, 4 Rahil Məmmədov, 19 Tellur Mütəllimov, 14 Elvin Bədəlov, 7 Toral Bayramov, 6 Abdulla Xaybullaev, 8 Emin Mahmudov (k), 20 Aleksey İsayev, 21 Rahim Sadıxov, 22 Musa Qurbanlı.
Ehtiyat oyunçular: 3 Rüfət Abbasov, 5 Fərid Yusifli, 9 Renat Dadaşov, 10 Mahir Emreli, 11 Hüseynov, 12 Aydın Bayramov, 13 Emil Səfərov, 15 Murad Xaçayev, 16 Anatoli Nuriyev, 17 Vüsal İsgəndərli, 18 Cəlal Hüseynov, 23 Rəvan Mirzəmmədov, 24 Rüfət Abdullazadə, 25 Rahil Məmmədov, 26 Edqar Adilxanov.
Baş məşqçi: Ayxan Abbasov.
Tacikistan: 23. Oleq Baklov, 2. Zoir Cüraboyev, 3. Tabrez İslomov, 5. Salohiddin İrqaşev, 6. Vahdat Hanonov, 7. Parvizcon Umarbayev, 9. Rüstəm Soirov, 10. Alişer Cəlilov, 15. Şervoni Mabatşoyev, 18. Alişer Şükürov, 20. Alicon Karamatullozoda.
Ehtiyat oyunçular: 1. Rüstəm Yatimov, 16. Daler Azizov, 4. Sodikcon Kurbonov, 8. Amirbek Cüraboyev, 11. Muhammadcon Rahimov, 12. Mehrubon Kərimov, 13. Abdusamad Melikmurodov, 14. Şeriddin Boboyev, 17. Nozim Boboconov, 19. Axtam Nazarov, 21. Fathullo Olimzoda, 22. Şahrom Samiyev, 24. Muso Kahorov, 25. Furkon Rahimzoda, 26. Azizbek Xaitov.
Baş məşqçi: İqor Angelovski.
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vikol (Moldova), Kamranbəy Rəhimov (Azərbaycan).
VAR hakimləri: Abduraşıd Xudoyberganov (Özbəkistan), Kamran Bayramov (Azərbaycan).
Bakı. 8-ci km qəsəbə stadionu.


Şərhlər