Menu

6 MİNLİK PENSİYASI KƏSİLDİ, ANCAQ... - Məhkəməni uddu

23.09.2026, 20:52
6 MİNLİK PENSİYASI KƏSİLDİ, ANCAQ... - Məhkəməni uddu

Dövlət Gömrük Komitəsinin (DGK) İnsan Resursları İdarəsinin sabiq rəisi polkovnik Fərhad Babayev pensiyası kəsildiyi üçün məhkəməyə üz tutub.

"AzPolitika"nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Bakı İnzibati Məhkəməsində baxılan iddia üzrə polkovnik qalib gəlib.

Məsələ ondan ibarətdir ki, Fərhad Babayev 2022-ci ildə idarə rəisi vəzifəsindən çıxandan sonra ona vergi və gömrük orqanlarında keçdiyi illər əsasında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi aylıq 5 min 840 manat güzəştli pensiya təyin edilib. Lakin üstündən 1 il keçəndən sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) xüsusi şərtlərlə verilən pensiyanı kəsib.

Fond yeni araşdırma nəticəsində müəyyən edib ki, polkovnikin xidmət illərinin yalnız 6 il 6 ay 2 günü hərbi qulluqçu statusuna aiddir, qalan hissəsi isə adi dövlət qulluğu stajıdır. Bu müddət də güzəştli pensiya üçün kifayət etmir.

Nəticədə pensiya təyinatı ləğv edilib, həmçinin artıq ödənilmiş 98 min manatın geri qaytarılması tələb olunub. İddiaçı F.Babayev bu qərarların ləğvi üçün məhkəməyə müraciət edib və əvvəlki pensiya hesablama qaydasının bərpasını, ödənilməmiş məbləğin ödənilməsini istəyib.

Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tədqiq etdikdən sonra iddiaçının pensiyasının kəsilməsini qanunsuz hesab edib. Polkovnik Babayevin əvvəlki pensiya hesablama qaydasının bərpasına, ödənilməmiş məbləğin ödənilməsinə qərar verilib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nin keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevlə yaxınlığı ilə tanınır. O, eks-rəisin tələbə yoldaşı olub. S.Mehdiyev də 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Şərhlər

Emin 2026-09-25 21:10:37

Ölkədə istənilən peşə sahibini yetişdirən Müəllimdi ən çoxda Anam kimi İbtidai sinif Müəllimələri Nə əziyyətlə Uşağa partada müəllim qarşısında necə oturmaq durmağı öyrədən Müəllimə 6 il sonra pensiyaya a çıxacaq 300 manata ? Ölkə olaraq vəzifədə yediyi getmir Pensiyada alanlar var Sözüm bu şəxsdən getmir Azərbaycan dilində doğru düzgün danışa bilməyən Nazir Ən Sonda Vətənə Xidmətə görə pensiya alır ))) Ama Azərbaycan Dilini Ədəbiyyatını Mədəniyyətini aşılayan Elm Xadimləri adam yerinə qoyulmur Ədalət yoxdu yox

Rasim 2026-09-25 11:52:34

nə edirsə, özlərinə edir. Camaat 500-600 manata məcburdur dilənçi kimi yaşamaga, bunlar 5-6 min pensiya alır

Hüseyn Qədirov 2026-09-25 07:15:54

49 il pefaqoji ştatla,yüksək maaşla 2016 cı ildə pensiyaya çıxmışam,241manat təyin edilməli halda 205 manat hesablanıb,artımlar,indeksasiya nəticəsindəkeçən 11 il ərzində hal hazırda 618 manat alıram 'Məşədi. İbadın hambal pulu",məmurların şikayətinə baxılır,xeyirlərinə qərar verirlər,millətin gələcəyi sayfıqları müəllimə heç qulaq da asmırlar,haqsızlıq böyükdür.Bir lətifəni də yazım,baş ağrısı olsa da,cəbhə dövründə gömrük postuna sədr yeri boşalır,üzdə plan cəbhəçinin birinə təklif edirlər oranı və deyirlər ki,baxmaaş100 manatdı,cəbhəçi razılaşmır,deyir bu maaşla dolana bilmərəm,başqa cəbhəçiynən belə alınır,məcbur olub kom partiyadan olan birisinə təklif edirlər,maaşın 100 manat olduğunu söyləyəndə təəcüblənir ki,ba hələ üstəlik maaş da verirsiniz!?

RAHİM 2026-09-24 13:07:08

BU ƏDALƏTLİ QƏRAR DEYİL. NİYƏ MÜƏLLİM 400 MANAT ALIR, MƏMUR 6 MIN MANATLIQ TƏQAÜD ALIR? ALLAH M. Ə. SABİRƏ RƏHMƏT ELƏSİN. MÜƏLLİM SƏN DƏ ÖZÜNÜ.....

Azər 2026-09-23 21:10:17

Bu qədər pensiya olar? Minumum pensiya olduğu kimi maksimum pensiya da olmalıdır 30ilden çox iş stajı varsa pensiya tez cixilmalidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol