Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında yerləşən Başika-Zilkan bazasını mərhələli şəkildə İraq Federal Hökumətinə təhvil verəcək.
"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əl-Zeydinin bigə mətbuat konfransında bildirilib.
"Türkiyə və İraq rəsmilərinin iki ölkə arasındakı strateji münasibətləri bütün aspektləri ilə müzakirə etdikləri görüşlərdə, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib", - Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabındakı yayılan məlumatda qeyd olunub.
Bu çərçivədə Sincarda dövlət hakimiyyətinin tam şəkildə bərqərar edilməsi və qadağan olunmuş xarici silahlı ünsürlərin mövcudluğuna son qoyulması məsələsi də razılaşdırılıb:
"Tərəflər həmçinin, ikitərəfli ticarət və investisiya həcminin genişləndirilməsi, imzalanmış müqavilələrin dərhal icra edilməsi və başda İnkişaf Yolu Layihəsi olmaqla birgə strateji layihələrin sürətləndirilməsi məsələlərində ümumi razılığa gəliblər".


Şərhlər