Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo karyerasının sonu ilə bağlı açıqlama verib.
"AzPolitika" xəbər verir ki, 41 yaşlı hücumçu Millətlər Liqasında Uelslə oyun öncəsi keçirilən mətbuat konfransında mövsümün sonunda futbolla vidalaşa biləcəyini istisna etməyib.
“Bu, mənim son ilim olacaq? Bilmirəm, amma ola bilər. Bədənim və zehnim imkan versə, hələ də formada olsam, davam edə bilərəm. Portuqaliya millisində oynamağa layiq olduğumu sübut edirəm. Bunu həm millidə, həm də klubumda vurduğum qollarla göstərmişəm”, – Ronaldo deyib.
Təcrübəli futbolçu karyerasında qarşısına qoyduğu iki əsas hədəfi də açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədləri Millətlər Liqasını qazanmaq və 1000-ci qolunu vurmaqdır.
“Bunu vəsvəsəyə çevirməmişəm. Çünki bir şeyi vəsvəsəyə çevirsəniz, mənfi nəticələr yarana bilər”, – Ronaldo bildirib.
Ronaldo baş məşqçinin onu ehtiyatda saxlaması ehtimalına da münasibət bildirib. O, belə qərarı normal qarşılayacağını vurğulayıb:
“Oynamağa tam hazıram. Əgər baş məşqçi məni ehtiyatda saxlamağı seçsə, buna da hazıram. Oynamasam belə, problem yoxdur. Bu, baş məşqçinin məsuliyyətidir.”


Şərhlər