Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
Hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.
Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Şərhlər