Menu

Avro yenidən ucuzlaşdı

09.01.2015, 12:15
Avro yenidən ucuzlaşdı

Almaniyada sənaye istehsalı, enerji istehsalındakı azalma ilə Noyabr ayında gözlənilməz şəkildə geriləyərək, son üç ayda ilk dəfə enib.

Bu, Avropanın ən böyük iqtisadiyyatında kövrəkliyin davam etdiyi siqnalını verir.

Ölkədə sənaye istehsalı Noyabrda Oktyabr ayı ilə müqayisədə 0.1% geriləyib. Oktyabr ayı rəqəmi isə 0.6% artıma dəyişdirilib. İqtisadçıların proqnozu sənaye istehsalının 0.3% artacağı istiqamətində idi. İstehsal bir il əvvəllə müqayisədə isə 0.5% azalıb.

Məlumatın açıqlanmasından sonra Avro Dollar qarşısında yenidən 1.18-dən aşağı düşərək

1,1776 dollar səviyyəsini görüb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol