Beynəlxalq Valyuta Fondu (BVF, IMF), Yunanıstana yardım paketini dondurdu.
BVF Yunanıstana olan kömək paketini 25 Yanvarda keçiriləcək erkən seçki nəticəsində yeni bir hökumət qurulana qədər təxirə saldığını açıqladı.
BVF-nin sözcüsü Gerry Rice, kreditin dondurulmasının Yunan iqtisadiyyatına zərəri olmayacağını qeyd edib.
"BAZARLIQLARI" YENİDƏN BAŞLADACAQ
Müxalifət partiyası "Syriza"nın lideri Tsipras seçkiləri partiyası qazanarsa yardım paketi daxil bir çox mövzuda "bazarlıqları" yenidən başladacağını söyləmiş, bundan sonra xüsusilə Almaniya və Fransa Yunanıstana təzyiq edərək iqtisadi islahatlardan uzaqlaşmaması barədə xəbərdarlıq etmişdi. Proseslər Avronunun ucuzlamasına səbəb olur. /"Marja"


Şərhlər