Dünya Bankı Qrupu 2027-ci ilin iyul ayına qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dəstək çərçivəsində 1,2 milyard ABŞ dolları məbləğində investisiya öhdəlikləri götürmək niyyətindədir.
"AzPolitika" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.
O qeyd edib ki, hazırda Orta Dəhlizlə bağlı həyata keçirilən layihələr üzrə Dünya Bankı Qrupunun qüvvədə olan öhdəliklərinin ümumi portfeli 6,9 milyard ABŞ dollarına çatır.


Şərhlər