Menu

Ermənistan hərbi büdcəsini artırdı - Yeni büdcə nə qədər olacaq?

01.10.2026, 13:48
Ermənistan hərbi büdcəsini artırdı - Yeni büdcə nə qədər olacaq?

Oktyabrın 1-də Ermənistan hökuməti "Ermənistan Respublikasının 2027-ci il üçün Dövlət Büdcəsi haqqında" qanun layihəsini təsdiqləyib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb. Hökumətin qanunvericilik təşəbbüsü müzakirə üçün parlamentə təqdim olunacaq.

Büdcə layihəsində 2027-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 3 trilyon 603,8 milyard dram(təxminən 9.9 milyard dollar), xərclərin 4 trilyon 72 milyard dram(11.18 milyard dollar), kəsirin isə 468,2 milyard dram(1.29 milyard dollar) olması nəzərdə tutulur.

Vergilərdən və dövlət rüsumlarından təxminən 3 trilyon 462,7 milyard dram gəlir əldə edilməsi planlaşdırılır. Dövlət subsidiyalarının təxminən 14,2 milyard dram, digər gəlirlərin isə 126,9 milyard dram təşkil edəcəyi gözlənilir.

Layihəyə əsasən, büdcə kəsirinin təxminən 187,5 milyard dramını daxili mənbələrdən və 280,7 milyard dramını xarici mənbələrdən maliyyələşdirilməsi planlaşdırılır.

Büdcədə hərbi xərclərin artırılması da nəzərdə tutulur. Bunun üçün əlavə 47 milyard dram(130 milyon dollar) pul xərclənəcək və Ermənistanın hərbi büdcəsi 613 milyard drama(1.69 milyard dollara) çatacaq. Bu, hərbi büdcənin 8.3 faiz artırılması deməkdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol