Azərbaycanda məsafədən verilən kreditlər üzrə özünəqadağa mexanizminin yaradılması və gözləmə müddətinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.
"AzPolitika" bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun təşkilatçılığı ilə, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Kredit Bürosu" MMC-nin nümayəndələrinin iştirakı ilə məsafədən verilən kreditlər üzrə yeni tələblərin tətbiqi məsələlərinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüş çərçivəsində yeni tələblərin tətbiqinə hazırlıq vəziyyəti, praktiki icra ilə bağlı yanaşmalar, aydınlaşdırılması zəruri olan məsələlər və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tətbiq prosesində yarana biləcək praktiki məsələləri diqqətə çatdırıb, onların həlli ilə bağlı təkliflər səsləndirib.
Görüş qarşılıqlı fikir mübadiləsi və sualların cavablandırılması ilə davam edib.


Şərhlər