Menu

Kiyevdə nəqliyyat kollapsı - İctimai nəqliyyat iflic oldu

02.10.2026, 11:30
Kiyevdə nəqliyyat kollapsı - İctimai nəqliyyat iflic oldu

Rusiyanın Ukrayna paytaxtı Kiyevə ardıcıl raket və PUA zərbələri şəhərdə nəqliyyatın hərəkətini iflic edib. 

“AzPolitika” xəbər verir ki, Ukaryna mediası xüsusilə də şəhərdəki Cənub körpüsünə PUA hücummundan sonra vəziyyətin gərginləşdiyini yazır.

Son sutka ərzində Rusiya Dnepr çayı üzərindən Kiyevin iki hissəsini birləşdirən bu körpünü dörd dəfə hədəf alıb. Gecə hücumları səbəbindən hazırda hər iki tərəfdən körpüyə giriş tamamilə bağlanıb. Məhdudiyyətlər paytaxtdakı digər körpülərə də təsir edib.

Kiyev meri Vitali Kliçkonun dediyinə görə, Cənub körpüsü hər iki tərəfdə nəqliyyat üçün tamamilə bağlıdır, körpü üzərindən metronun hərəkəti bir zolaqla qismən məhdudlaşdırılıb.

Paton körpüsündə nəqliyyatın hərəkəti sağdan sol sahilə tamamilə məhdudlaşdırılıb.

İctimai nəqliyyat da iflic vəziyyətdədir və marşrut avtobusları digər körpülərə - xüsusilə Darnitski körpüsünə yönləndirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol