Avro, 1999-cu ildə ilk dəfə bazara buraxıldıqda dollar qarşısında gördüyü səviyyəyə yaxınlaşdı.
Avro, dünənki əməliyyatlarda 1,1753 səviyyəsinə geriləyərək 11 ölkənin ortaq istifadəsinə ilk dəfə verildiyi 1999-cu ilin Yanvarındakı səviyyəsinə yaxınlaşıb. Avro o tarixdə ən aşağı 1,1747-ni görmüşdü.
Avronun ucuzlaşmasına, Avro Bölgəsindən gələn zəif iqtisadi məlumatların təsiri böyük olub. Dünən açıqlanan məlumata görə, Almaniyada fabrik sifarişləri Noyabrda 2,4% nisbətdə sərt şəkildə enib. Həmçinin, Noyabrda Almaniyada sənaye istehsalı azalıb.
Avro Bölgəsində Dekabrda deflyasiyanın qeydə alınması ilə Avropa Mərkəzi Bankının iqtisadiyyatı canlandırmaq üçün tədbirlərini artıracağı da gözlənilir. Avro, Avropa Mərkəzi Bankının yeni istiqraz alışları addımları atacağı proqnozunun artması ilə bu gün dollar qarşısında doqquz ilin ən aşağısına yaxın səviyyədə icra olunub.
Yenidən nisbətən yığışan Avro, bu gün son dəfə dollar qarşısında 1.1806 səviyyəsində icra olunub.
Avro ilk istifadəyə başlandığında 11 ölkə tərəfindən istifadə edilirdi. Hazırda Avro istifadə edən 19 ölkə var. /"Marja"


Şərhlər