Menu

Millətlər Liqası: Azərbaycan Litvaya qalib gəldi

04.10.2026, 19:22
Millətlər Liqası: Azərbaycan Litvaya qalib gəldi

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

UEFA Millətlər Liqası

D Liqası

II Qrup, IV tur

4 oktyabr

Azərbaycan – Litva 1:0

Qol: Abdulla Xaybullayev, 25.

Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.

Baş məşqçi: Ayxan Abbasov.

Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Lickunas.

Ehtiyat oyunçular: 1. Lukas Paukşte, 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 4. Faustas Steponaviçyus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 16. Lukas Miçelbrink, 17. Deyvidas Maljinskas, 19. İqnas Venckus, 22. Motveyus Burba.

Baş məşqçi: Edqaras Yankauskas.

Baş hakim: Qustavo Korreya (Portuqaliya).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol