Futbol üzrə İngiltərə yığması Millətlər Liqasının səfər matçında Xorvatiya komandasını 0:7 hesabı ilə darmadağın edib.
"Report" xəbər verir ki, Riyekadakı görüşdə Harri Keyn dubl rəsmiləşdirib (8-ci və 53-cü dəq.), Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Morqan Rocers 87-ci dəqiqələrdə fərqlənib, Bukayo Saka da dubl müəllifi olub (45-ci və 68-ci dəq.).
Görüş 2025-ci ilin martında Millətlər Liqasının Fransaya qarşı matç zamanı xorvatiyalı azarkeşlərin törətdikləri iğtişaşlarla əlaqədar qapalı formatda keçirilib.
İngiltərə yığması sonuncu dəfə 2023-cü ilin iyununda Avropa Çempionatının seçmə mərhələsində Şimali Makedoniyanı 7:0 hesabı ilə məğlub edib. İngiltərə Xorvatiyaya qarşı 14-cü matçını keçirib (doqquz qələbə, iki heç-heçə, üç məğlubiyyət), ingilislər daha əvvəl bu rəqibə 2:0-dan böyük hesabla qalib gəlməyiblər. Ümumilikdə Xorvatiya öz tarixindəki ən böyük məğlubiyyətə uğrayıb.
İngilislər üç matçda altı xal toplayıblar və 3-cü qrupda ikinci yerdədirlər. Xorvatlar üç xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti matçda İngiltərə oktyabrın 6-da Çexiyanı qəbul edəcək, Xorvatiya isə həmin gün evd


Şərhlər