Menu

AZƏRBAYCANDA CİNAYƏTKARLIĞIN “XƏRİTƏSİ”... – Ən yüksək göstərici hansı şəhər və rayonlardadır?

05.10.2026, 09:02
AZƏRBAYCANDA CİNAYƏTKARLIĞIN “XƏRİTƏSİ”... – Ən yüksək göstərici hansı şəhər və rayonlardadır?

Azərbaycanda cinayətlərin hansı şəhər və rayonlarda daha çox qeydə alındığı ilə bağlı statistika yayımlanıb.

“AzPolitika” Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatlarına istinadla xəbər verir ki, ölkə üzrə il ərzində 33 379 cinayət hadisəsi qeydə alınıb. Bu göstərici 2023-cü illə müqayisədə 9,3 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə düşən cinayət sayında ən yüksək göstərici Xankəndidə qeydə alınıb (Xankəndinin ilk sırada olması əhalisinin sayının az olması ilə bağlıdır – red.) – hər 100 min nəfərə 772,7 cinayət. Qeyd edək ki, Xankəndidə il ərzində ümumilikdə 34 cinayət qeydə alınıb. İkinci yerdə Bakı gəlir. Paytaxtda 2024-cü ildə 15 613 cinayət hadisəsi qeydə alınıb və hər 100 min nəfərə düşən göstərici 664 olub. Növbəti yerlərdə Şirvan – 514, Abşeron – 485,7, Sumqayıt – 411,1 göstərici ilə qərarlaşıb.

Əhalinin hər 100 min nəfərinə düşən cinayət sayında ən yüksək göstərici bu rayonlarda qeydə alınıb:

Xankəndi – 772,7 (34)
Bakı – 664 (15 613)
Şirvan – 514 (441)
Abşeron – 485,7 (2 108)
Sumqayıt – 411,1 (1 758)
Biləsuvar – 391,1 (420)
Göygöl – 361 (235)
Mingəçevir – 357,9 (369)
Astara – 323,6 (365)
Hacıqabul – 323,3 (247)
Gəncə – 286,1 (947)
Xızı – 279,8 (47)
Ağcabədi – 272,7 (373)
Siyəzən – 266,7 (112)
Kürdəmir – 256,7 (306)
Qazax – 248,7 (240)
Yevlax – 245,4 (319)
Naftalan – 244,2 (21)
Ağdaş – 233,3 (251)
Salyan – 228,1 (320)
Bərdə – 224,3 (354)
Qusar – 221,8 (228)
Samux – 219,4 (129)
Şəmkir – 218,5 (477)
Lənkəran – 217 (495)
Beyləqan – 214,5 (219)
Ağstafa – 211,1 (183)
Goranboy – 210,2 (215)
Balakən – 207,9 (210)
Neftçala – 204,3 (179)
Xocavənd – 201,6 (25)
Xaçmaz – 201,3 (353)
Qax – 200,7 (117)
Tərtər – 197,4 (150)
Tovuz – 197,3 (351)
Quba – 195 (334)
İmişli – 177,5 (235)
Daşkəsən – 176,6 (59)
Sabirabad – 176,6 (321)
Ucar – 175,4 (150)
Şabran – 171,8 (101)
Oğuz – 170 (76)
Masallı – 165,1 (376)
Saatlı – 164,6 (183)
Cəlilabad – 164,2 (360)
Ağsu – 160,5 (130)
Qəbələ – 158,8 (174)
İsmayıllı – 153,1 (134)
Füzuli – 146,8 (193)
Göyçay – 141,1 (168)
Gədəbəy – 134,4 (136)
Zərdab – 134 (80)
Yardımlı – 122,8 (85)
Şəki – 120,1 (222)
Qobustan – 120 (57)
Şamaxı – 117,4 (125)
Zaqatala – 108 (141)
Zəngilan – 93,2 (40)
Cəbrayıl – 78,9 (58)
Lerik – 77,2 (67)
Ağdam – 64,3 (113)
Laçın – 55,2 (42)
Kəlbəcər – 29 (21)

Qeyd edək ki, 2024-cü ildə qeydə alınan 33 379 cinayətin 13 550-si iqtisadi sahədə, 13 273-ü ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 12 297-si isə mülkiyyət əleyhinə olan cinayətlər olub. 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı isə 8 863 olub və bütün qeydə alınmış cinayətlərin 26,6 faizini təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 11,9 faiz azalıb. Digər tərəfdən, kibercinayətlərin sayı 22 olsa da, əvvəlki illə müqayisədə artım 175 faiz təşkil edib. Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər də 11,2 faiz artıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol