Menu

"Təhsil vətəndaşlar üçün əlçatan deyilsə..." - Nazir

05.10.2026, 10:57
"Təhsil vətəndaşlar üçün əlçatan deyilsə..." - Nazir

Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.

"AzPolitika" Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır:

"PİSA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var".

Nazir vurğulayıb ki, təhsildə vacib məqamlardan biri də öyrənmədir:

"Təhsilin bütün mahiyyəti şagirdlə bağlıdır. Onların öyrənib-öyrənməməsi maraqlıdır. Şagirdləri kənarda qoyub, özümüzü müzakirə etməməliyik".

E.Əmrullayev əlavə edib ki, ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol