Menu

Amurda "Tu-95MS" qəzası - Ölən zabitlər hərbi cinayətlərdə ittiham olunur

05.10.2026, 12:45
Amurda "Tu-95MS" qəzası - Ölən zabitlər hərbi cinayətlərdə ittiham olunur

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-95MS strateji bombardmançı təyyarəsinin Amur vilayətində qəzaya uğraması nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb. Rusiya Müdafiə Nazirliyi əvvəlcə 6 nəfərin öldüyünü bildirsə də, göyərtədə olanların tam siyahısı müstəqil media tərəfindən aşkar edilib.

“AzPolitika” xəbər verir ki, həlak olan hərbçilərin adları Amur vilayətinin Mazanovo dairəsinin rəhbəri Mixail Piven və "Ukrainka" strateji aviasiya bazasının yerləşdiyi Serışevo qəsəbəsinin "Selskaya novosti" icması tərəfindən fotolarının dərc edilməsindən sonra bəlli olub.

Teleqram kanalları fotoları araşdıraraq həlak olan 8 nəfərin hamısının həqiqətən də strateji aviasiyada qulluq etdiyini təsdiqləyib.

Məlumata görə, həlak olan zabitlərdən üçünün adı Ukrayna tərəfinin Rusiya ordusunun hərbi cinayətləri haqqında məlumatları topladığı "Cəlladlar kitabı" bazasında yer alır. İddia olunur ki, mayor Andrey Lobanov və mayor Andrey Gerasimov Ukraynaya qarşı döyüş uçuşlarında şəxsən iştirak ediblər. Polkovnik-leytenant Fyodor Pavlyukov isə uçuş heyətinin döyüşə hazırlanmasına cavabdeh olub və birbaşa bölməyə komandanlıq edib.

Xatırladaq ki, "Tu-95MS" strateji bombardmançı təyyarəsi sentyabrın 29-da Krasnoyarovo kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatına görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib. Təyyarənin döyüş komplekti olmadan uçduğu və boş əraziyə düşdüyü bildirilir.

Qeyd edək ki, "Tu-95" strateji bombardmançı təyyarələr uzun onilliklərdir istismar olunur. Rusiya Aerokosmik Qüvvələrinin sərəncamında bu tipli bir neçə onlarla təyyarə qalmaqdadır və müharibə gedişində onların bir neçəsi Ukraynanın zərbələri nəticəsində sıradan çıxarılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol