Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"AzPolitika" xəbər verir ki, milli üzvü 1/4 finalda Aleksa Mitroviçi (Fransa) məğlub edib.
M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.


Şərhlər