Menu

PARİSDƏ DƏ ƏMƏLİYYAT BAŞA ÇATDI - Terrorçu və girovlar öldürülüb

09.01.2015, 20:17
PARİSDƏ DƏ ƏMƏLİYYAT BAŞA ÇATDI - Terrorçu və girovlar öldürülüb

Fransa polisi eyni vaxtda marketə də hücum edib. Said və Şerif Kouachi qardaşlarını sərbəst buraxmağı tələb edən 32 yaşlı Amedi Koulibali də öldürülüb. Amedi Koulibali polisə "Kim olduğumu bilirsiniz. Dammartindəki mühasirə aradan qalxana qədər əsirləri buraxmayacağam", - deyə bildirib

Qeyd edək ki, son məlumata görə Amedi Koulibalinin əlində ən azı 6 girov olub. Onlardan ən azı 4-nün atışma zamanı öldüyü bildirilir. Həyat Bumeddyen adlı terrorçu qızın da ölənlər arasında olduğu, yoxsa qaçdığı məlum deyil

---

Parisin 20-ci dairəsindəki yəhudilərə məxsus ərzaq mağazasında naməlum silahlı şəxs insanları hələ də girov saxlayır. “France Presse” agentliyi bildirir ki, terror hücumu qansız ötüşməyib. Belə ki, girovlardan iki nəfər öldürülüb. Bundan əvvəl isə bir nəfərin yaralanması haqda xəbər verilmişdi.

Paris polisi metronun şəhərin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedir.

Bəzi mənbələr xəbər verir ki, metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb.Evakuasiyanın səbəbləri hələ dəqiq bəlli deyil. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktı təhlükəsindən gedə bilər. Bəzi məlumatlara görə, burd da girovların azadlığı üçün əməliyyat başlayıb..

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “The Guardian” qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı,1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qaradərili gənc Amedi Kulibalidir.

---

Parisin şərqində mağazalardan birinə hücum olub. "AzPolitika.info"nun "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bir qrup terrorçunun yəhudilərə aid halal ərzaq mağazasına daxil olub, ətrafa atəş açıblar. Bir nəfər yaralanıb.

Terrorçulardan birinin mağazada olanları girov götürdüyü bildirilib. Girovların sayının biri qadın olmaqla beş nəfər olduğu bildirilir.

"Kalaşnikov" avtomatı ilə silahlanmış şəxslərin dünən Monruj şəhərində qadın polisi öldürən terrorçular olduğu zənn edilir.

Onların hazırda Parisin 50 kilmetr şimalındakı şəhərdəki kiçik bir mətbəədə mühasirəyə alınan terorçu qardaşlarla bağlantılı olduğu ehtimal edilir.

Fransa polisi vətəndaşların bu səmtlərdən uzaq durmasını tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol