Menu

Gürcüstan vətəndaşı beynəlxalq axtarışa verildi

09.01.2015, 19:16
Gürcüstan vətəndaşı beynəlxalq axtarışa verildi

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan Gürcüstan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, Gürcüstan vətəndaşı, 29 yaşlı Vüqar Gunayev vergidən yayınma (külli miqdarda) maddəsi ilə təqsirli bilinir.

V. Gunayev Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanması üçün İnterpola müraciət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol