Menu

“Əl-Qaidə” Parisdəki terror aktında iştirakını təsdiqləyib

10.01.2015, 09:00
“Əl-Qaidə” Parisdəki terror aktında iştirakını təsdiqləyib

“Əl-Qaidə” terror təşkilatı Parisdə baş vermiş terror aktında əli olduğunu təsdiqləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” qruplaşmasının üzvlərindən biri bəyan edib.

Onun sözlərinə görə, hücuma qruplaşma rəhbərlik edib.

Bundan əvvəl Parisdə "Charlie Hebdo" nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular bəyan etmişdilər ki, Yəməndə fəaliyyət göstərən "əl-Qaidə" terror təşkilatının üzvləridirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol