Menu

“AVROPADA NÜVƏ MÜHARİBƏSİ OLACAQ” – Qorbaçov

10.01.2015, 09:48
“AVROPADA NÜVƏ MÜHARİBƏSİ OLACAQ” – Qorbaçov

“Ukraynadakı böhrana görə Rusiya ilə Qərb arasındakı gərginliklər artacaq və bu da nüvə müharibəsinə gətirib çıxaracaq”.

Aznews.az xəbər verir ki, bu iddianı SSRİ-in ilk və son prezidenti Mixail Qorbaçov Almaniyanın “Der Spiegel” nəşrinə müsahibə verərkən irəli sürüb.

“Yaranmış vəziyyətə görə kiminsə əsəbləri dözməyəcəksə, bizi dəhşətli bir tarix gözləyir. Biz buna dözə bilməyəcəyik. Ukraynadakı böhranın qarşısını almaq üçün Almaniyada çoxsaylı insanlar var”, - deyə Qorbaçov əlavə edib.

Bu bəyanatla Qorbaçov ötən ilin dekabrında da çıxış edib. O, həmçinin Ukrayna ilə bağlı sammitin keçirilməsinin vacibliyini də vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol