ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper Prezident Donald Trampa İrana mümkün zərbələrlə bağlı hərbi variantları təqdim edib.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən görüşdə müdafiə naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak ediblər.
Nəşrin fikrincə, Kuperin Trampla şəxsən görüşməsi ABŞ-nin İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatları nəzərdən keçirdiyini göstərə bilər.
WSJ daha əvvəl Vaşinqtonun bəzi Körfəz ölkələrini aralıq konqres seçkilərindən sonra İrana qarşı qısa və intensiv hərbi kampaniyanın mümkünlüyü barədə məlumatlandırdığını yazıb.


Şərhlər