Dünya əmtəə bazarlarında neft qiymətlərində artım qeydə alınıb.
“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,27 dollar və ya 1,11% artaraq bir barel üçün 116,15 dollara yüksəlib.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 1,07 dollar və ya 1,05% bahalaşaraq 103,07 dollara çatıb.
Neftin bahalaşması Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və regiondan enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verir.


Şərhlər