Rusiya ordusunun Ukraynanın Çernihiv şəhərinin mərkəzinə həyata keçirdiyi hava hücumu nəticəsində iki 15 yaşlı yeniyetmə hayatını itirib. Aralarında uşaqların da olduğu 25 nəfər yaralanıb.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum zamanı rus qüvvələri “Banderol” (S-8000) qanadlı raketlərindən və reaktiv mühərrikli hücum PUA-larından istifadə ediblər.“İki uşaq – bir qardaş və bacı kritik vəziyyətdədir. Ümumilikdə səkkiz nəfər hazırda xəstəxanada müalicə alır, qalanlarına isə yerində tibbi yardım göstərilib və ya ambulator müayinə təyin olunub”, – deyə regional rəhbər bildirib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumun məhz dinc sakinlərin yaşadığı küçəyə yönəldiyini vurğulayıb. Açıqlamada bölgədə heç bir hərbi obyektin olmadığı, evlərin, dükanların və avtomobillərin ciddi şəkildə zərər gördüyü qeyd olunub. Çernihivdə faciə ilə əlaqədar oktyabrın 30-u matəm günü elan edilib.
Son sutka ərzində Rusiyanın hücumları Ukraynanın digər şəhərlərində də ağır dağıntılara və itkilərə səbəb olub:
Kremençuqdaxilasetmə xidmətinin məlumatına görə, şəhərə təşkil edilən hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Zaporojyedə isə iki nəfərin yaralandığı hücumlar nəticəsində dörd avtomobil və açıq sahə yanıb, anbar binası, həmçinin dörd avtobus zərər çəkib. Oktyabrın 29-u axşam saatlarında Xarkov vilayətinin Slobidski rayonuna raket düşməsi nəticəsində sənaye obyektində 400 kvadratmetrlik sahədə güclü yanğın baş verib.
Paytaxt meri Vitali Kliçko axşam saatlarında baş verən ballistik raket hücumu barədə məlumat verib. Darnytski rayonunda anbar binaları vurulub, Dneprovski rayonunda isə raket qalıqlarının düşməsi nəticəsində yaşayış kompleksinin yaxınlığındakı mağaza binası qismən dağılıb. Kiyev Şəhər Hərbi Administrasiyası hücum nəticəsində 1 nəfərin həlak olduğunu təsdiqləyib.
Rasim
“AzPolitika.info”


Şərhlər