Menu

FIFA Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının təşkilatçılığını yüksək qiymətləndirir

29.10.2026, 15:41
FIFA Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının təşkilatçılığını yüksək qiymətləndirir

FIFA Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının təşkilatçılığını yüksək qiymətləndirir.

Bunu "Report"a müsahibəsində FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov deyib.

AFFA-nın sabiq baş katibi və keçmiş icraçı vitse-prezidenti Bakıdakı mundialı futbol bayramı adlandırıb:

"189 ölkənin bu yarışda iştirak etməsi böyük idman hadisəsidir. Artıq dünya çempionatı və festivalının başa çatmasına 1 gün qalıb. Bu günə kimi bütün matçlar yüksək səviyyədə təşkil olunub. Biz FIFA olaraq Bakıda keçirilən mundialı olduqca yüksək qiymətləndiririk. Yarış həqiqətən bütün əcnəbi qonaqların ürəyincədir. 211 ölkədən 189-nun burada iştirak etməsi futbol bayramı deməkdir".

O, AFFA-ya təşəkkür edib:

"Bu məsələdə AFFA-ya təşəkkürümüzü bildiririk ki, yarışın keçirilməsində bizə yüksək səviyyədə dəstək göstərirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol