Menu

San-Fransiskoda 4 nəfər güllələndi

10.01.2015, 13:38
San-Fransiskoda 4 nəfər güllələndi

ABŞ-ın San-Fransisko şəhərində 4 nəfər güllələnib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin dəbdəbəli Hayes Velli rayonunda baş verib.

Öldürülənlərin hamısı kişidir. Cinayətkarların kimliyi və cinayətin motivləri məlum deyil.

Polis ərazini mühasirəyə alıb. Cinayətkarların axtarışı davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol