Menu

Charlie Hebdo: Hücumçuların cinayət yoldaşları axtarılır

10.01.2015, 14:10
Charlie Hebdo: Hücumçuların cinayət yoldaşları axtarılır

[caption id="attachment_84590" align="alignleft" width="300"] Hayat Boumeddiene[/caption]

Fransa polisi ölkədə iki gün ərzində baş verən terror hücumlarında 17 nəfəri öldürən silahlıların cinayət yoldaşlarını axtarır.

Onlardan biri, Amedy Coulibaly-nin yoldaşı Hayat Boumeddiene-dir. Supermarketdə beş nəfəri girov götürən Coulibaly cümə günü, polis supermarketə basqın edəndə öldürülmüşdü. Girovların azad edilməsi zamanı onlardan dördü ölüb.

Çərşənbə günü qadın polis işçisi öldürüləndə Boumeddiene-in Coulibaly ilə olduğu deyilir. Onun "silahlı və təhlükəli" olduğu bildirilir.

Polis çərşənbə günü Charlie Hebdo jurnalının ofisinə hücumu həyata keçirən iki silahlı kişini cümə günü öldürüb.

Prezident François Hollande polisin fəaliyyətini alqışlayıb lakin yeni təhlükənin mümkünlüyü barədə xəbərdarlıq edib.

"Biz ayıq olmalıyıq. Sizdən xahiş edirəm ki, birləşəsiniz - bu, bizim ən güclü silahımızdır", cənab Hollande cümə günü televiziyada yayımlanan çıxışında deyib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol