Menu

Türkiyədə yeni terror həyəcanı

10.01.2015, 14:53
Türkiyədə yeni terror həyəcanı

İstanbulda şübhəli bağlama görənləri qorxuya salıb

İstanbulda yeni terror həyəcanı yaşanıb. ANS PRESS-in məlumatına görə, Kayaşehirdə səhər saatlarında Ticarət Mərkəzlərinin birinin önündə buraxılan şübhəli bağlama görənləri qorxuya salıb.

Verilən açıqlamaya görə, şübhəli bir paket görən vətəndaşlar durumu polisə bildiriblər. Hadisə yerinə gələn polis, ərazidə geniş mühafizə tədbirlərinı əl atıb. Hadisə yerinə bomba zərərsizləşdirən dəstə sövq edilib.

Şübhəli bağlamanı araşdıran polis, kustar üsulla hazırlanmış bomba qurğusnu aşkarlayıblar. Bomba qurğusunun olduğu təyin olunan bağlama, araşdırılmaq üçün müvafiq idarəyə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol