Menu

Davudoğlundan sürpriz səfər

10.01.2015, 15:37
Davudoğlundan sürpriz səfər

Türkiyənin baş naziri sabah Fransaya gedir

Türkiyənin baş naziri Əhməd Davudoğlu sabah Fransaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, baş nazir sabah Parisdə keçiriləcək yürüşə qatılacaq.

Səfər Fransız hökumətinin dəvəti ilə reallaşacaq.

Qeyd edək ki, Parisdə baş verən terror aktları ilə bağlı başda Fransa olmaqla Avropanın bir çox şəhərində nümayişlər keçiriləcək.

Bazar günü keçiriləcək nümayişlərə milyonlarla insan qatılacaq. Onlar Parisdə baş verən hücumları qınayacaqlar.

Parisdəki yürüşə Fransa prezidenti Fransua Olland və başqa siyasətçilər də qatılacaq. Parisə dəstək məqsədilə İngiltərə, İspaniya, İtaliya və Almaniya baş nazirləri də Fransa da olacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol