Menu

"Türkiyə terrorizmlə mübarizədə Fransa ilə həmrəydir" - Ərdoğan

10.01.2015, 15:58

TURKEY-GOVERNMENT-PARLIAMENTTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Fransua Ollandla telefon danışığı zamanı terrorizmlə mübarizədə Fransa ilə həmrəyliyini ifadə edib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, Ərdoğan terror aktları ilə əlaqədar Fransayla həmrəyliyini ifadə etmək və ölənlərin ailələrinə başsağlığı vermək üçün Ollanda zəng vurub. Hər iki prezident terrorizmlə mübarizədə əməkdaşlıq barədə razılaşıblar.

“Fransa Türkiyənin bizimlə olduğunu bilir”,- deyə “Anadolu” agentliyi Ollandın sözlərindən sitat gətirir. Fransa prezidenti bundan başqa Ərdoğana deyib ki, terrorçular onun ölkəsində sosial və konfessiyalar arası sülhə zərər yetirməyə çalışırlar, lakin Ollandın sözünə əsasən, onlar xalqı aldada bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol