Menu

İmişlidə ağır avtoqəza: İki nəfər öldü

09.11.2026, 11:45
İmişlidə ağır avtoqəza: İki nəfər öldü

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol