Menu

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması..." - Şoyqudan vacib AÇIQLAMALAR

09.11.2026, 12:49
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması..." - Şoyqudan vacib AÇIQLAMALAR

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 14-cü illik iclasında Cənubi Qafqazdakı son vəziyyəti dəyərləndirib.

"AzPolitika" xəbər verir ki, Şoyqu bildirib ki, regionda sabitləşmə əlamətləri müşahidə olunur: 

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bölgədə faktiki olaraq sülhün bərqərar olması öz müsbət nəticələrini verir".

O, həmçinin vurğulayıb ki, işçi qrupu çərçivəsində nəqliyyat əlaqələrinin bərpası ilə bağlı razılıq əldə olunub və bu addım böyük əhəmiyyət kəsb edir. Lakin həyata keçirilən bütün logistika layihələri iqtisadi baxımdan əsaslandırılmalı və gəlirli olmalıdır.

Gürcüstandakı vəziyyətə toxunan Rusiya rəsmisi qeyd edib ki, rəsmi Tbilisi 2024-cü ildə qərbyönlü müxalifətin dövlət çevrilişi cəhdinin qarşısını alaraq ölkənin milli maraqlarına söykənən müstəqil xətt yürütməyə başlayıb.

Çıxışının sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi xarici müdaxilələrin yolverilməzliyini qeyd edərək, regional problemlərin kənar dövlətlərin təsiri olmadan, yalnız siyasi və diplomatik yollarla həll edilməli olduğunu diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol