Menu

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR

09.11.2026, 13:40
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda emal sənayesində 32,9 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

“AzPolitika” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,4% çoxdur.

Həmin dövrdə 21,7 milyon manat dəyərində dərmanlar, 4,2 milyon ədəd tibbi maska istehsal edilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 1,4 milyard manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 21,5 faiz çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol