Menu

İrana hücum üçün hər gün Trampa zəng edir - KİV

10.11.2026, 14:15
İrana hücum üçün hər gün Trampa zəng edir - KİV

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hərbi əməliyyatların başlanmasına nail olmaq üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti iki lider arasında baş tutan telefon danışıqlarından məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Netanyahu Trampa mütəmadi olaraq zəng edərək İrana qarşı yeni hərbi əməliyyatlara başlanması üçün təzyiq göstərir.

Bununla belə, Ağ Ev daxilində və xaricində İranla müharibənin davam etdirilməsini istəməyən qüvvələr İsrail Baş nazirinin bu istiqamətdəki cəhdlərinin qarşısını almağa çalışırlar. Region ölkələrinin liderləri də Trampı gərginliyin daha da artmasına imkan verməməyə və diplomatik həll yoluna üstünlük verməyə çağırıblar.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsinə ehtiyac olmadığını bildirmişdi.

“Bu münaqişənin başa çatması istiqamətində irəliləyiş görürük. Düşünürəm ki, çox yaxın zamanda sona çatacaq”, – deyə ABŞ Prezidenti vurğulamışdı.

Xatırladaq ki, Tramp bu açıqlamanı Vaşinqtonla Tehran arasında vasitəçilik edən Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşündən sonra səsləndirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol