Menu

İspaniyanın Patriot Zenit raket kompleksləri Türkiyəyə gətirilib

10.01.2015, 17:50
İspaniyanın Patriot Zenit raket kompleksləri Türkiyəyə gətirilib

İçərisində Patriot Zenit raket kompleksi (ZRK) olan hərbi gəmilər İspaniyadan Türkiyənin cənub əyaləti Hatay əyaləti İskenderun limanına gəlib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat verir.

ZRK boşaldılmasına başlanılıb. Onlar yanvarın 31-də Türkiyədə işini başa vuracaq Niderland ZRK əvəzləyəcəklər. İspaniya ZRK cənubi Türkiyə əyaləti Adanadakı İncirlik hərbi bazasında yerləşdiriləcək.

Xatırladaq ki, 2012-ci ilin noyabrında Ankara Suriya tərəfindən mümkün hava hücumundan müdafiə üçün ona Patriot ZRK təqdim edilməsi xahişi ilə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol