Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, oyun günündə A, B, C və D qruplarında oyunlar keçiriləcək.
Azarkeşlərimiz üçün böyük maraq kəsb edən görüş B qrupunda baş tutacaq. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə “Real”in qonağı olacaq. İlk oyunda Madrid təmsilçisinə 1:6 hesabı ilə məğlub olan Roberto Mançininin yetirmələri bu dəfə İspaniyadan xalla qayıtmaq istəyir.
Qrupun digər görüşü də maraqlıdır. “Yuventus” doğma azarkeşləri qarşısında “Kopenhagen”i qəbul edəcək. Turin təmsilçisi bu matçda danimarkalılara uduzmamalıdır. Əks halda, növbəti mərhələyə adlamaq şansının itirəcək.
Çempionlar Liqası
V tur
27 noyabr
A qrupu
23:45. "Bayer" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Şaxtyor" (Ukrayna) – "Real Sosyedad" (İspaniya)
B qrupu
23:45. “Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
23:45. “Yuventus” (İtaliya) – “Kopenhagen” (Danimarka)
C qrupu
23:45. “Anderlext” (Belçika) - “Benfika” (Portuqaliya)
23:45. PSJ (Fransa) – “Olimpiakos” (Yunanıstan)
D qrupu
21:00. MOİK (Rusiya) - “Bavariya” (Almaniya)
23:45. “Mançester Siti” (İngiltərə) – "Viktoriya" (Çexiya)


Şərhlər