Menu

"Hebdo" Lavrovla Poroşenkonu bir araya gətirir

10.01.2015, 19:02
"Hebdo" Lavrovla Poroşenkonu bir araya gətirir

Parisdə keçiriləcək birlik yürüşündə Rusiyanın rəsmi nümayəndələri də iştirak edəcək.

Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat verib. Rusiyadan olan iştirakçılara elə bu ölkənin xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Məhz buna görə o Fransaya qısamüddətli səfər edəcək.

Yanvarın 11-də Parisdə son terror hadisələrinin qurbanlarını anmaq üçün Ümumrespublika Birlik Yürüşü keçiriləcək.

Tədbirdə fransanın ayrı-ayrı siyasi liderləri ilə yanaşı xarici ölkələrin rəsmiləri də iştirak edəcəklər. Yürüşdə həmçinin Ukraynanın prezidenti Petro Poroşenko da iştirak edəcək. Bu haqda o öz twitter hesabında yazıb. (Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol